Mərkəzi Bankın səlahiyyətləri azaldılıb

Mərkəzi Bankın səlahiyyətləri azaldılıb Prezident İlham Əliyev “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"də dəyişiklikləri təsdiqləyib
Maliyyə
15 İyul , 2016 15:53
Mərkəzi Bankın səlahiyyətləri azaldılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.

“Report”un məlumatına görə, bu, dövlət başçısının “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.

Sənəddən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti çıxarılıb.

Həmçinin, əsasnaməyə elektron sənədlərlə bağlı kargüzarlığın “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun həyata keçirilməsi müddəası əlavə edilib.

Eyni zamanda, publik hüquqi şəxslər də “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı”nda yer alıb. 

Bundan əlavə, Prezident İlham Əliyevin imzaladığı “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə fərmana əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına kargüzarlıq xidmətinin gerbsiz möhüründən istifadə etmək hüququ da verilib. 

Son xəbərlər

Orphus sistemi