Yuxarı

Mərkəzi Bank depozit hərracında daha 20 mln. manat cəlb edib

Depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi illik 6,99% olub

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 20 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 6,99% olub.

Beləliklə, indiyədək depozit hərracı vasitəsilə cəlb edilən vəsaitin həcmi 331 mln. manata çatıb.

Qeyd edək ki, iyulun 25-də AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 mln. manat təşkil edib. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 6,99% olub.

AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 100 mln. manat həcmində iyulun 18-də keçirilmiş depozit hərracında tələb 37 mln. manat təşkil edib və nəticədə bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi illik 6,98% olub.

İyulun 11-də keçirilən hərracda isə 50 mln. manat təklif qarşılığında tələb 45 mln. manat olub. Hərrac nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi illik 5,99% təşkil edib.

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində iyulun 4-də keçirilən hərracda tələb 98,5 mln. manat, ortaölçülmüş faiz dərəcəsi illik 5,96% olub.

İyunun 13-də keçirilən ilk analoji hərracın nəticələrinə görə, cəlb edilən depozitlərin həcmi 129 mln. manat, ortaölçülmüş faiz dərəcəsi illik 6,49% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi