Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank depozit hərracında 15 mln. manat cəlb edib

    Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,49% olub

    Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub.

    Qeyd edək ki, Mərkəzi Bank avqustun 8-də keçirilmiş hərracda 40 mln. manat, avqustun 1-də isə 20 mln. manat vəsait cəlb edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi