Yuxarı

"Meqa Sığorta" ötən ili mənfəətlə başa vurub

​"Meqa Sığorta" ötən ili mənfəətlə başa vurub

"Meqa Sığorta" ASC 2019-cu ili 3,533 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 25,2% azdır.

Ötən il "Meqa Sığorta"nın gəlirləri 22,163 milyon manat (illik müqayisədə 18% az), xərcləri 17,547 milyon manat (16,7% az), mənfəət vergisi ödəmələri isə 1,083 milyon manat (8,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 44,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,1% azalaraq 18,067 milyon manata düşüb, balans kapitalı isə 10,55% artaraq 26,36 milyon manata, o cümlədən 58,2% artaraq 23 milyon manata çatıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi