"Meqa Sığorta"nın yığımları 21% artıb

"Meqa Sığorta"nın yığımları 21% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
12 Oktyabr , 2016 11:53
Meqa Sığortanın yığımları 21% artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Meqa Sığorta" ASC-nin yığımları 18 631 455 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,47% çoxdur.

Hesabat dövründə "Meqa Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 2 103 272 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 35,46% çoxdur.

Hesabat dövründə "Meqa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 11,29 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 10,12% olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi