"Meqa Sığorta"nın ödənişləri 42% artıb

"Meqa Sığorta"nın ödənişləri 42% artıb Hesabat dövründə şirkətin yığımları isə 18% artıb
Maliyyə
19 Noyabr , 2016 12:39
Meqa Sığortanın ödənişləri 42% artıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Meqa Sığorta" ASC-nin yığımları 19 134 042 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,32% çoxdur.

Hesabat dövründə "Meqa Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 2 384 138 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 42,04% çoxdur.

2016-cı ilin yanvar-oktyabrında "Meqa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 12,46 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 10,38% olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi