Yuxarı

“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri “Rabitəbank”dakı payını satıb

​“Meqa Sığorta”nın səhmdarı “Rabitəbank”dakı payını satıb

“Rabitəbank” ASC bu il aprelin 1-nə səhmdarlarının yeni pay bölgüsünü açıqlayıb.

“Report” xəbər verir ki, hazırda Bankın ən böyük səhmdarı Rauf Əliyevdir.

O, “Rabitəbank”ın səhmlərinin 40,6%-nə nəzarət edir. R.Əliyev həm də “Meqa Sığorta” ASC-də 19% paya malikdir.

“Rabitəbank”ın səhmlərinin qalan 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Maraqlı məqam isə “Meqa Sığorta” ASC-nin Direktorlar Şurasının sədri və 14%-lik səhmdarı Yaşar Qurbanovun “Rabitəbank”dakı payını satmasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi