"Meqa Sığorta"nın aktivləri 12% artıb

"Meqa Sığorta"nın aktivləri 12% artıb Bakı. 3 aprel. REPORT.AZ/ "Meqa Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 40,642 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat bala...
Maliyyə
3 Aprel , 2017 10:50
Meqa Sığortanın aktivləri 12% artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Meqa Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 40,642 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,8% çoxdur.

2016-cı ildə "Meqa Sığorta"nın uzunmüddətli aktivləri 3,6 dəfə artaraq 8,535 mln. manat, qısamüddətli aktivləri isə 5,4% azalaraq 32,107 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 2% artaraq 12,306 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 14,2% artaraq 11,833 mln. manat, qısamüddətli öhdəlikləri isə 72,2% azalaraq 472 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 16,7% artaraq 28,336 mln. manata çatıb.

2016-cı ildə "Meqa Sığorta"nın cəmi gəlirləri 25,152 mln. manat (2015-ci ilə nisbətən 2,9% az), cəmi xərcləri 17,517 mln. manat (28,5% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 7,635 mln. manat olub ki, bu da illik müqayisədə 37,8% azdır.

"Meqa Sığorta" ötən il 1,527 mln. manat mənfəət vergisi ödəyib və ili 6,108 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi