“MCB Lizinq”in aktivləri 16% azalıb

“MCB Lizinq”in aktivləri 16% azalıb Bakı. 31 may. REPORT.AZ/ “MCB Lizinq” QSC-nin cəmi aktivləri illik müqayisədə 15,9% azalaraq bu il yanvarın 1-nə 8,236 mln. manat təşkil edib.
Maliyyə
31 May , 2018 13:17
“MCB Lizinq”in aktivləri 16% azalıb

Bakı. 31 may. REPORT.AZ/ “MCB Lizinq” QSC-nin cəmi aktivləri illik müqayisədə 15,9% azalaraq bu il yanvarın 1-nə 8,236 mln. manat təşkil edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “MCB Lizinq”in maliyyə lizinqi üzrə xalis investisiyaları 14,5% azalaraq 6,633 mln. manata düşüb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 29,9% azalaraq 5,129 mln. manata düşüb, cəmi kapitalı isə 25,7% artaraq 3,107 mln. manata çatıb.

“MCB Lizinq” 2017-ci ili 634 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 25,7 dəfə çoxdur.   

Son xəbərlər

Orphus sistemi