MBNP: Problemli kreditlərlə bağlı vəziyyət sabitləşib

MBNP: Problemli kreditlərlə bağlı vəziyyət sabitləşib Bank aktivlərinin təsnifləşdirilməsi sahəsində yenilik gözlənilir
Maliyyə
16 Mart , 2017 12:45
MBNP: Problemli kreditlərlə bağlı vəziyyət sabitləşib
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği çox olsa da, onlarla bağlı vəziyyət artıq sabitləşib.

“Report” xəbər verir ki, bunu Bakıda “Fitch” beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın bank sektoruna aid tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər Departamentinin prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Bununla belə, onun sözlərinə görə, banklar problemli kreditlərə görə, ehtiyata kifayət qədər vəsait ayırır. Bu isə son nəticədə onların mənfəətinin azalmasına, bəzən isə kapital itkisinə səbəb olur.

R.Tahirov onu da qeyd edib ki, hazırda Azərbaycan banklarında normadan artıq likvidlik mövcuddur: “Palata vaxtaşırı stress-testlər keçirir və ötən ilin sentyabr ayı ilə müqayisədə likvidliklə bağlı vəziyyət indi daha sabitdir. Bu müddət ərzində banklar xarici öhdəliklərini azaltmaq imkanı qazanıb və xarici borclarda təxminən 20% azalma baş verib”. 

MBNP təmsilçisi, həmçinin bildirib ki, hazırda banklarda bu sahədə atılacaq addımlar, müəyyən ediləcək çərçivələr, qəbul ediləcək qanun layihələri ilə bağlı müzakirələr gedir: "Xüsusilə aktivlərin təsnifləşdirilməsi sahəsində yenilik gözlənilir".

Son xəbərlər

Orphus sistemi