MBNP: "Azərbaycanda dollara tələbatın artmasında psixoloji amillər rol oynayıb"

MBNP: "Azərbaycanda dollara tələbatın artmasında psixoloji amillər rol oynayıb" "Bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur"
Maliyyə
17 Aprel , 2018 10:51
MBNP: Azərbaycanda dollara tələbatın artmasında psixoloji amillər rol oynayıb
MBNP baş icraçı direktoru İbrahim Alışov / Report

Bakı. 17 aprel. REPORT.AZ/ "Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur".

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib. 

"Nəzarət orqanı olaraq müşahidələrimiz göstərir ki, son bir həftə ərzində əsas ticarət tərəfdaşı ölkələrimizdə valyuta məzənnələrinin volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Vətəndaşlar qonşu ölkələrdə baş verən hadisələrlə bağlı təşviş keçirib, lakin dolların bahalaşmasına heç bir makroiqtisadi əsas yoxdur. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşına 800-1300 dollar alınıb". 

Son xəbərlər

Orphus sistemi