Yuxarı

"Mastercard" telefon nömrəsi ilə digər ölkələrə pul köçürmələrinə başlamağı planlaşdırır

​"Mastercard" telefon nömrəsi ilə pul köçürmələrinə başlayır

"Mastercard" beynəlxalq ödəniş sistemi Rusiyada telefon nömrəsi ilə xaricə pul köçürülməsi xidmətinin açılması imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə TASS-a "Mastercard"ın Mətbuat xidmətindən məlumat verilib.

Yeni ödəniş həllində ödəniş sisteminin kart hesabı ilə əlaqəli bütün müştərilərin mobil nömrələrini saxladığı "MasterCard Hub" xidmətindən istifadə ediləcək.

Xidmət layihədə iştirak edən banklar tərəfindən buraxılmış "Mastercard" kartlarının sahibləri üçün keçərli olacaq. Köçürməni həyata keçirmək üçün müştəri bankın mobil tətbiqi vasitəsilə kartını "Mastercard Hub"da qeydiyyatdan keçirməlidir.

Qeyd edək ki, "Mastercard" Rusiya daxilində telefon nömrəsi ilə pul köçürmələrinə 2018-ci ilin aprel ayından başlayıb.

Eyni zamanda, "Sberbank" bu ilin yazında soyad, ad, ata adı və telefon nömrəsi ilə MDB ölkələrinə və yaxın xarici ölkələrə təcili köçürmələrin mümkünlüyünü elan edib. Köçürülmüş vəsaiti nağd şəkildə təyin olunan ölkənin istənilən "Western Union" xidmət nöqtəsində əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi