Yuxarı

​MasterCard Azərbaycanda plastik kart sahiblərinə xüsusi imtiyazlar təqdim edib

Mastercard sahibləri ödənişlərdə 10%-lik endirim əldə ediblər

Bakı. 2 fevral. REPORT.AZ/ "MasterCard" ödəniş sistemi Azərbaycanda ilk müştəri loyallığı kampaniyasını həyata keçirir.

"Report"un verdiyi xəbərə görə, kampaniyanın hədəf auditoriyası bütün MasterCard sahibləridir. Sözügedən plastik kartların sahibləri üçün xüsusi endirim və bonus proqramı nağdsız əməliyyatlar seqmentində alıcı fəallığını stimmulaşdırmaq məqsədi daşıyır və plastik kartlardan istifadənin genişləndirilməsi və populyarlaşdırılması proqramı kimi mövqe tutur. 

MasterCard sahiblərinin mağaza, restoran və əyləncə mərkəzlərində endirimlərdən istifadə etmək imkanı var. Bildirək ki, aksiya müddətində MasterCard kartı ilə ödəniş zamanı müştəriyə 10% endirim təqdim ediləcək.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi