Yuxarı

​"Mastercard" İran bazarına çıxır

Bu barədə İranın rabitə naziri Mahmud Vəezi məlumat verib

Bakı. 15 avqust. REPORT.AZ/ İranda ilk dəfə "MasterCard" beynəlxalq ödəniş sisteminin plastik kartlarından istifadəyə başlanacaq. "Report"un bu ölkənin "Press TV" kanalına istinadən yaydığı məlumata görə, bu barədə İranın rabitə naziri Mahmud Vəezi məlumat verib.

Onun sözlərinə görə, hazırda 210-dan çox ölkədə istifadə olunan kredit və debet kartları avqustun 23-dən "İran Post" milli poçt şirkətinin dövriyyəsinə buxarılacaq. Artıq bu məqsədlə "İran Post" və "MasterCard" arasında saziş imzalanıb.

"Bir kartın balansına 10 min dollardan çox pul yükləmək mümkün olmayacaq və bütün bank əməliyyatları İran Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun aparılacaq", - deyə nazir qeyd edib.

Xatırladaq ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar indiyə qədər İran vətəndaşları beynəlxalq bank sisteminin imkanlarından faydalana, dollarla əməliyyatlar apara bilmirdi. İranla digər ölkələr arasında ödənişlər də kifayət qədər çətin idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi