Yuxarı
    Bağlamaq

    "MasterCard" dövriyyəyə barmaq izi sensorlu kartlar buraxacaq

    Bu ilin sonundan etibarən barmaq izi sensorlu kartların bütün dünyada istifadəyə verilməsi gözlənilir

    Bakı. 21 aprel. REPORT.AZ/ "MasterCard" beynəlxalq ödəniş təşkilatı kredit kartlarında şifrə yerinə biometrik barmaq izi sensorlu texnologiyanı test etməyə başlayıb. "MasterCard" 2017-ci ilin sonunda bütün çipli bank kartlarında biometrik barmaq izini məcburi hala gətirməyi planlaşdırır.

    "Report"un verdiyi xəbərə görə, Cənubi Afrikada başlayan testlərin yaxın zamanda başa çatması və 2017-cı ilin sonundan etibarən barmaq izi sensorlu kartların bütün dünyada istifadəyə verilməsi gözlənilir.

    Barmaq izləri kredit kartlarının üzərindəki çipdə saxlanacaq. Sistem iki barmağa aid izlərin saxlanmasına icazə verəcək. Əlbəttə, bu barmaq izləri eyni şəxsə mənsub olmalıdır.

    "MasterCard"ın yayımladığı görüntülərdə barmaq izi sensorlu kartların hazırkı kartlardan qalın olmadığı və biometrik hissənin kartın sağ üst küncündə baş barmaq böyüklüyündə yer tutduğu görünür.

    Hazırda mövcud olan çiplər solda və daha öndə yerləşdiyi üçün kart POS-terminala daxil edildikdə biometrik yer rahat istifadə oluna biləcək.

    Texnologiya hazır olduğunda banklar müştəriləri bu barədə məlumatlandıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi