“Mastercard” Azərbaycanda nağdsız ödənişləri stimullaşdıracaq

“Mastercard” Azərbaycanda nağdsız ödənişləri stimullaşdıracaq “Bir çox Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərdən istifadə edir. Bunu nəzərə alaraq Türkiyədəki xəstəxanalara tövsiyə etdik ki, Azərbaycandan gələnlər MasterCardla ödəniş etdikdə onlara müəyyən güzəştlər edilsin”.
Maliyyə
11 Dekabr , 2019 11:46
“Mastercard” Azərbaycanda nağdsız ödənişləri stimullaşdıracaq

“Bir çox Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərdən istifadə edir. Bunu nəzərə alaraq Türkiyədəki xəstəxanalara tövsiyə etdik ki, Azərbaycandan gələnlər "MasterCard"la ödəniş etdikdə onlara müəyyən güzəştlər edilsin”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, artıq Türkiyədəki bəzi xəstəxanalar bu çağırışa müsbət cavab verib və azərbaycanlı pasiyentlərə endirim edir.

"Biz Azərbaycanda nağdsız ödənişlərin artmasında maraqlıyıq. Bu səbəbdən gələn il nağdsız ödənişlərlə bağlı kampaniya keçirməyi planlaşdırırıq. Bu barədə növbəti aylarda ətraflı məlumat verəcəyik”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi