​Mario Dragi: "AMB monetar siyasətini dəyişə bilər"

​Mario Dragi: "AMB monetar siyasətini dəyişə bilər" "Report": USD/EUR məzənnəsi marta qədər paritetə düşə bilər
Maliyyə
21 Yanvar , 2016 18:02
​Mario Dragi: AMB monetar siyasətini dəyişə bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Dragi Avrozona iqtisadiyyatının artım sürətinin qənaətbəxş olduğunu, lakin bunun yetərli olmadığını bildirərək, mart ayında keçiriləcək növbəti iclasda monetar siyasətdə dəyişikliyə gedə biləcəklərini qeyd edib. 

"Report" xəbər verir ki, M.Dragi neft qiymətlərindəki azalmanın istehlakçıların gəlirlərinə müsbət təsir etdiyini, buna baxmayaraq deflyasionist təsirin davam etdiyini vurğulayıb. O bildirib ki, hazırkı monetar siyasət daxili tələbatı dəstəkləməyə davam edəcək. Hazırda Avrozonada ÜDM artımında neqativ risklər azalmaqda davam edir.

AMB sədrinin çıxışından sonra mart ayında yeni monetar genişlənmə proqramının başlayacağı ehtimalı investorların avro satışına başlamasına səbəb olub. Çıxışdan əvvəl avronun məzənnəsi 1,09-da olduğu halda, çıxış bitməmiş məzənnə 1,0795 USD/EUR-a geriləyib və azalma 1% təşkil edib.

"Report"un analitik qrupu xəbər verir ki, USD/EUR məzənnəsi mart iclasınadək paritetə qədər azalacaq.

Son xəbərlər

Orphus sistemi