Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

    Ən aşağı faizlər manatla 1 ildən yuxarı kreditlərdə 1,25%, xarici valyutada bir aylıq kreditlərdə 2,05% olub

    Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin may ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,68 faiz bəndi azalaraq iyunun 1-nə illik 4,64%, xarici valyutada isə 0,06 faiz bəndi azalaraq illik 4,49%-ə düşüb.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 30-90 günlük kreditlərdə - illik 8,95%, xarici valyutada isə 11,43% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə manatla 1 ildən yuxarı kreditlərdə 1,25%, xarici valyutada bir aylıq kreditlərdə 2,05% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi