Maliyyə Palatası Səhiyyə Nazirliyinin ittihamına münasibət bildirib

Maliyyə Palatası Səhiyyə Nazirliyinin ittihamına münasibət bildirib "Faktları araşdırıb, müvafiq tədbirlər görəcəyik"
Maliyyə
8 Sentyabr , 2016 14:55
Maliyyə Palatası Səhiyyə Nazirliyinin ittihamına münasibət bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyi dəyişməzdir. Banklar valyuta mübadiləsi əməliyyatları zamanı 4%-lik marja koridorunu pozmamalıdır". Bunu “Report”un sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov deyib.

R.Abbasov deyib ki, belə hallarla qarşılaşanlar MBNP-yə müraciət edə bilərlər: “Əgər bu kimi hallar varsa, həmin şirkətləri Palataya müraciət etməyə dəvət edirəm, biz bu faktları araşdırıb müvafiq tədbirlər görəcəyik. Lakin, bu yalnız valyuta mübadiləsi əməliyyatlarına aiddir”.

Qurum rəsmisi bildirib ki, bankların bank köçürməsi və bu kimi digər əməliyyatlar zamanı tarif siyasəti müştəri ilə bank arasındakı müqavilə əsasında tənzimlənir.

Qeyd edək ki, bu gün səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə xarici valyuta bəzi banklar tərəfindən müəyyənləşdirilmiş 4%-lik marjadan yuxarı qiymətə satıldığına görə, dərman idxal edən şirkətlər öz işini normal şəkildə tənzimləyə bilmir.

Son xəbərlər

Orphus sistemi