Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib Bu gün Bakı Fond Birjasında qurumun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
24 Oktyabr , 2017 16:58
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib
Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105009556 ISIN-li, 5 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 6 investor qiyməti 100 manatdan (15%) 110,9547 manata (8,9) qədər olan 10 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 109,0526 manat (9,9%), orta ölçülmüş qiyməti 110.612 manat (9,0785%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 13 151 800 manat, yerləşdirilmiş məbləği isə 5 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 22 oktyabr 2019-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi