Maliyyə Nazirliyinin istiqrazlarına 12 investor maraq göstərib

Maliyyə Nazirliyinin istiqrazlarına 12 investor maraq göstərib Bu gün Bakı Fond Birjasında qurumun dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
15 Avqust , 2017 16:56
Maliyyə Nazirliyinin istiqrazlarına 12 investor maraq göstərib
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0101018544 ISIN-li, 10 mln manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 12 investor qiymət intervalı 97,65 manat (9,7599%) – 98,1367 manat (7,7001%) olan 19 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 198,113 manat (7,8000%), orta ölçülmüş qiyməti 98,1161 manat (7,7869%) müəyyən olunub.

İstiqrazların nominal qiymətlə ümumi məbləği 36 217 800 manat, yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 14 noyabr 2017-ci ildir. Hərrac iştirakçıları sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər

Orphus sistemi