Maliyyə Nazirliyində Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı ilə görüş keçirilib

Maliyyə Nazirliyində Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı ilə görüş keçirilib Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün maliyyə naziri Samir Şərifov Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə
1 İyun , 2018 14:18
Maliyyə Nazirliyində Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı ilə görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün maliyyə naziri Samir Şərifov Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə, eləcə də enerji və tranzit imkanlarının əhəmiyyəti qeyd olunub, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi quruma üzv ölkələrlə mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə maliyyə və büdcə idarəetməsi istiqamətində əməkdaşlıq, texniki və maliyyə yardımları, Avropa İttifaqı tərəfindən dəstəklənən layihələr, eləcə də gələcək qrant proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi