Maliyyə Nazirliyi: Türkiyə BVF-dən kredit istəməyib

Maliyyə Nazirliyi: Türkiyə BVF-dən kredit istəməyib Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyə ölkəyə kredit ayrılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparmır.
Maliyyə
1 Fevral , 2019 16:53
Maliyyə Nazirliyi: Türkiyə BVF-dən kredit istəməyib

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyə ölkəyə kredit ayrılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparmır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyindən bildiriblər.

"BVF-nin Türkiyəyə kredit ayırması ilə bağlı danışıqların getməsi barədə iddialar həqiqətə uyğun deyil və ictimai rəyin manipulyasiyasıdır. Türkiyə iqtisadiyyatı xarici dəstək olmadan böhran dövrünü arxada qoya bilib", - Naziriliyin məlumatında deyilir.

Qeyd edək ki, ötən il Türkiyə lirəsi dollar və avroya qarşı dəfələrlə tarixi minimumları yeniləyib, bu valyutalara qarşı 30%-dən artıq dəyər itkisinə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi