Yuxarı
    Bağlamaq

    ​Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

    QHT-lərin illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməsi üçün verilən müddət bu gün başa çatır

    Bakı. 1 aprel. REPORT.AZ/ “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim etməlidir.

    "Report" bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir.

    “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ-hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdiriib. Adıçəkilən qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

    Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən QHT-lərdən illik maliyyə hesabatlarının elektron formada alınması məqsədilə QHT-lərin elektron hesabatlılıq Proqramı hazırlanıb (www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçərək elektron qaydada hesabatlar təqdim oluna bilər).

    Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi