Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib Bakı. 12 yanvar. REPORT.AZ/ “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə
12 Yanvar , 2018 17:18
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
Report

Bakı. 12 yanvar. REPORT.AZ/ “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin QHT-lərə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, “QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, QHT-lərin maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

- Maliyyə vəziyyəti haqqında;

- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə elektron hesabatlılıq proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar.

Son xəbərlər

Orphus sistemi