Yuxarı
    Bağlamaq

    Maliyyə Nazirliyi hərraca çıxardığı istiqrazların hamısını satıb

    ​Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib© Report.az

    Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 255 600 manat olub.

    Sifarişlər 83,4095 manat (20%) – 85,611 manat (16,9%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,622 manat (18,2727%), orta ölçülmüş qiyməti 84,8544 manat (17,9472%) təşkil edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

    İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 mln. manat təşkil edib.

    Qiymətli kağızların ödəmə tarixi 5 yanvar 2018-ci ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi