Prezident
"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və Nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarını daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa töhfə verəcək. Bundan başqa, layihə dövlət borcunun və zəmanətlərin hesabatlılığının təkmilləşdirilməsini hədəfləyir.
UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır, beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.
Hazırda DMFAS proqramı 60-a yaxın ölkənin Maliyyə Nazirliklərinə və Mərkəzi Banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.