Maliyyə Nazirliyi daha 10 mln. manatlıq DQİ emissiyası yerləşdirib

Maliyyə Nazirliyi daha 10 mln. manatlıq DQİ emissiyası yerləşdirib Hərracın yekununda bağlanılmış əqdlərin kəsmə qiyməti 96,5500 manat təşkil edib
Maliyyə
16 May , 2017 17:00
Maliyyə Nazirliyi daha 10 mln. manatlıq DQİ emissiyası yerləşdirib
Report.az

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (AZ0102010540) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı 9 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 603 900 manat təşkil edib. Sifarişlər 95,6419 (18,4798%)-96,7785 manat (13,4998%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 96,5500 manat (14,4916%), ortaölçülmüş qiyməti 96,7128 manat (13,7845%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 17-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 15 avqust 2018-cı ildir.

Son xəbərlər

Orphus sistemi