Yuxarı
    Bağlamaq

    Maliyyə Nazirliyi 45 mln. manatlıq istiqraz yerləşdirib

    Bakı Fond Birjasında qurumun dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib© Report

    Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 12 investor 56 866 800 manat məbləğində, qiymət intervalı 94,0051 manat (12,8601%) – 96,6452 manat (7%) olan 22 sifariş təqdim edib.

    Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların hamısı yerləşdirilib. Onların kəsmə qiyməti 95,7277 manat (8,9999%), orta ölçülmüş qiyməti isə 95,7845 manat (8,8749%) müəyyən olunub. Qiymətli kağızların ödəmə tarixi 20 fevral 2019-cu ildir. Hərrac iştirakçıları bu gün alış üzrə öhdəliklərini icra etməlidirlər.

    Bundan başqa, BFB-də Maliyyə Nazirliyinin AZ0104020547 ISIN-li, 25 mln manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 7 investor 66 177 600 manat məbləğində, qiymət intervalı 88,1941 manat (13,46%) – 93,0588 manat (7,5%) olan 11 sifariş təqdim edib.

    Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların hamısı yerləşdirilib. Onların kəsmə qiyməti 90,3009 manat (10,8%), orta ölçülmüş qiyməti isə 90,3206 manat (10,7757%) müəyyən olunub. Qiymətli kağızların ödəmə tarixi 21 avqust 2018-cu ildir. Hərrac iştirakçıları bu gün alış üzrə öhdəliklərini icra etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi