Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib Bakı Fond Birjasında qurumun dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə iki hərrac keçirilib
Maliyyə
6 Sentyabr , 2017 15:47
Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104022543 ISIN-li, 10 mln. manatlıq, 364 tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 8 investor qiymət intervalı 88,7233 manat (12,7799%) – 92,2055 manat (8,4999%) olan 13 sifariş təqdim edib.

Nazirliyin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,9544 manat (9,9999%), orta ölçülmüş qiyməti 90,9714 manat (9,9793%) müəyyən olunub. İstiqrazların nominal qiymətlə ümumi məbləği 31 341 100 manat, yerləşdirilmiş məbləği isə 10 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 4 sentyabr 2018-ci ildir.

Bundan başqa, BFB-də Maliyyə Nazirliyinin AZ0102021547 ISIN-li, 15 mln. manatlıq, 182 tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 3 investor qiyməti 95,7277 manat (8,9999%) olan olan 6 sifariş təqdim edib. Elə bu qiymət də Nazirliyin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti müəyyən olunub. İstiqrazların nominal qiymətlə ümumi məbləği 33 969 400 manat, yerləşdirilmiş məbləği isə 15 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 6 mart 2018-ci ildir.

Hər iki hərracın iştirakçıları bu gün alış öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər

Orphus sistemi