Yuxarı

Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı növbəti aylıq iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı növbəti aylıq iclas keçirilib

© Report

Bakı. 9 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimizasiyası və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub. İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.

İclasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi