Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı seçir

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı seçir Qurum tender elan edib
Maliyyə
13 Dekabr , 2016 09:03
Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı seçir

Bakı. 13 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əməkdaşlarının tibbi sığortalanması üzrə tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədləri yanvarın 5-nə qədər, tender təklifini və bank zəmanətini yanvarın 13-nə qədər MBNP-nın Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.

Təkilflərə yanvarın 16-sı, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi