Yuxarı

​Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsi yaradılıb

Sayt test rejimində fəaliyyət göstərir.

Bakı. 13 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi internet səhifəsi üçün www.fimsa.az ünvanı seçilib. Bu barədə "Report"a açıqlamasında Palatanın Direktor Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən ünvandakı sayt test rejimində fəaliyyət göstərir. Burada hələ ki, yalnız MBNP-nın yaydığı press-relizlər, yerləşdiyi ünvan, telefon nömrəsi yerləşdirilib. Səhifənin tam olaraq nə vaxt istifadəyə veriləcəyi məlum olmasa da, bu məsələnin yaxın aylarda reallaşacağı gözlənilir.

Xatırladaq ki, MBNP Prezident İlham Əliyevin bu il, fevralın 3-də imzaladığı fərmanla yaradılıb. Qurum bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, sığorta və investisiya şirkətlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi