Yuxarı

Bu il Türkiyədə inflyasiya 5,5 faiz təşkil edəcək

Bu barədə Türkiyə Mәrkәzi Bankının sədri Erdәm Başçı məlumat verib

BAKI. 27 yanvar. REPORT.AZ/ Türkiyədə 2015-ci ildə inflyasiyanın 5,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

"Report" TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mәrkәzi Bankının sədri Erdәm Başçı məlumat verib.

O bildirib ki, 2016-ci ildә iflasiya göstəricisi daha da aşağı səviyyədə olacaq və 5 faizi keçməyəcək.

Bank rәhbәri başda neft olmaqla, әmtәә qiymәtlәrinin ucuzlaşmasının inflyasıyaya müsbәt tәsir göstәrәcәyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi