Yuxarı

​Mərkəzi Bankda “Bilik mübadiləsi” layihəsi çərçivəsində seminar keçirilib

Seminar kommersiya banklarının əməkdaşları üçün “Bank qanunvericiliyi” mövzusunda təşkil olunub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin Resurslar və Maarifləndirmə Xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində AMB-nin Hüquq Departamenti ilə birlikdə kommersiya banklarının əməkdaşları üçün “Bank qanunvericiliyi” mövzusunda növbəti seminar keçirib. Bu barədə “Report”a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Seminarın keçirilməsində məqsəd bankların hüquq və korporativ idarəetmə departamentlərində çalışan əməkdaşlarının bank hesablarının açılması zamanı yarana biləcək hüquqi çətinliklər, korporativ idarəetmə standartlarındakı yeniliklər, problemli kreditlərin idarə edilməsinin hüquqi aspektləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik üzrə zəruri bilik və bacarıqlarının artırılması olub.

İnteraktiv formada keçirilmiş seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklərə aydınlıq gətirilib, suallar cavablandırılıb və onlara mövzu üzrə lazımi rəy və tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi