Yuxarı

Londonda daşınmaz əmlak ucuzlaşır

Londonda daşınmaz əmlak ucuzlaşır

8 illik bahalaşmadan sonra qiymətlər azalmağa başlayıb

Bakı. 1 mart. REPORT.AZ/ Londonda (Böyük Britaniyada) daşınmaz əmlakını satışa çıxaran bir çox insan siyasi qeyri-müəyyənlik və tələbin azalması fonunda qiymətləri azaltmağa və daha çox endirimə getməyə başlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, son nəticədə şəhərin mərkəzi rayonlarında müşahidə edilən ucuzlaşma dalğası kənarlara da sıçrayıb.

Londonda fəaliyyət göstərən "Hometrack" əmlak investisiya şirkətinin hesabatına görə, 2009-cu ildən burada əmlak orta hesabla 86% dəyər qazanıb. Hazırda bu şəhərdə əmlakın orta qiyməti orta illik maaşdan 14,2 dəfə çoxdur və Böyük Britaniyadakı orta qiyməti 2 dədəfən çox üstələyir. Amma Brexit nəticəsində yaranmış qeyri-müəyyən siyasi şərait rekord həddə bahalaşmış əmlakın qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, endirimli qiymətlə satış elanları Londonun bəzi rayonlarında 40%-ə qədər artıb. Ən çox qiymət azalması yanvar ayında Kensinqton və Çelsi rayonlarında qeydə alınıb. Ötən ilin iyul ayı ilə müqayisədə burada qiymətlər 8,2% azalıb. Vestminser rayonunda isə azalma yarım il üzrə 7,7% təşkil edib. 

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aldığı, Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksi məhz şəhərin Vestminster rayonunda yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi