Lizinq şirkətlərinin Azərbaycan Kredit Bürosuna inteqrasiya imkanları qiymətləndiriləcək

Lizinq şirkətlərinin Azərbaycan Kredit Bürosuna inteqrasiya imkanları qiymətləndiriləcək Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Kredit Bürosu (AKB) əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirib.
Maliyyə
7 Dekabr , 2018 12:23
Lizinq şirkətlərinin Azərbaycan Kredit Bürosuna inteqrasiya imkanları qiymətləndiriləcək
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Kredit Bürosu (AKB) əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirib.

“Report” xəbər verir ki, AKB-nin Baş direktoru Elçin Həbibov iştirakçılara Büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat verib. Baş direktor eyni zamanda çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakı rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar haqqında təqdimatlarla çıxış edib, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaq.

Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.

Son xəbərlər

Orphus sistemi