Yuxarı
    Bağlamaq

    Lənkərandakı balıq konservi zavodunun səhmləri 2 dəfə bahalaşıb

    Səhmlərin nominal dəyəri 0,25 manat olsa da, onlar 0,5 manata alınıb-satılıb

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Lənkəran Balıq Konserv" ASC-nin (zavod) səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

    Məlumata görə, əqd müəssisənin 3 652 səhminin realizə edilməsini nəzərdə tutur. Səhmlərin nominal dəyəri 0,25 manat olsa da, onlar 0,5 manata alınıb-satılıb. Başqa sözlə, sövdələşmənin dəyəri 1 826 manat olub.

    Xatırladaq ki, "Lənkəran Balıq Konserv" 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 127 380 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,25 manat olan 509 520 səhm əsasında formalaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi