Azərbaycanda ləğv prosesində olan BOKT-un kredit portfeli yeni yaradılmış BOKT-a ötürülüb

Azərbaycanda ləğv prosesində olan BOKT-un kredit portfeli yeni yaradılmış BOKT-a ötürülüb Ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan “Azkredit” MMC BOKT-a ötürülüb.
Maliyyə
25 Fevral , 2020 14:13
Azərbaycanda ləğv prosesində olan BOKT-un kredit portfeli yeni yaradılmış BOKT-a ötürülüb

Ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan “Azkredit” MMC BOKT-a ötürülüb.

Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.

Portfelin məbləği açıqlanmır. Yalnız o məlumdur ki, “Azkredit”ə rəhbərlik vaxtilə “Vijn Fond Azərkredit”in direktoru olmuş Anar Şahbazova həvalə olunub. O, bu vəzifəyə yanvarın 16-da təyin edilib. Halbuki yeni BOKT-un dövlət qeydiyyatı zamanı onun qanuni təmsilçisi kimi yeganə təsisçisi - Qurban Əsgərov göstərilirdi.

Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatı (24%) olub. Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra BOKT-un maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı müflis elan edilib, əmlakı (avtomobillər, qızıl-zinyət əşyaları) satışa çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi