Kriptovalyuta bazarında xaos başlayıb

Kriptovalyuta bazarında xaos başlayıb Bitkoinlərin qiymətində ucuzlaşma davam edəcək
Maliyyə
13 Noyabr , 2017 11:45
Kriptovalyuta bazarında xaos başlayıb
Sputnik/ Vladimir Astapkovich

Bakı. 13 noyabr. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarında kəskin dalğalanmalar başlayıb. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, dünənki hərraclarda (bitkoinlə əməliyyatlar bazar günü də aparılır) bitkoinin (BTC) qiyməti tarixi maksimum səviyyədən 30% aşağı düşərək 5 500 dollara geriləyib. Əksinə, "Bitcoin Cash" (BCH) noyabrın 11-də 650 dollardan noyabrın 13-də 2 790 dollara qədər, başqa sözlə 4,3 dəfə artıb.

Hazırda BTC-nin qiyməti 6 200 dollar, BCH isə 1 200 dollar təşkil edir. "Report"un analitik qrupu bitkoinlərdə müşahidə olunan sərt dalğalanmaların kiçik investorları çaşdırmaq məqsədi daşıdığını bildirir, qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi