"KredoBank" nizamnamə kapitalını artırır

"KredoBank" nizamnamə kapitalını artırır Avqustun 15-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
2 İyul , 2016 10:54
KredoBank nizamnamə kapitalını artırır

Bakı. 2 iyul. REPORT.AZ/ "KredoBank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, avqustun 15-də baş tutacaq iclasın gündəliyinə bankın nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.

Toplantı bankın baş ofisində olacaq. 

Qeyd edək ki, "KredoBank" ASC-nin 1 may 2016-ci il tarixinə olan nizamnamə fondu 68 940 000 manata çatıb. Səhmdarlar 8 hüquqi və 7 fiziki şəxsdən ibarətdir. Fiziki şəxslərin nizamnamə kapitalında iştirak payı 70%, hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı 30% təşkil edir.

Son xəbərlər

Orphus sistemi