Yuxarı

"Kredo Bank"ın aktivləri son bir ildə 13% artıb

Əhalinin bankdakı əmanətləri ötən il 22%, istehlak kreditləşməsi isə 21% azalıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın "Kredo Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 13,2% artraq cari il yanvarın 1-nə 165,3 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfeli 9,15% azalaraq 101,4 mln. manat olub. Bunun da 21,1 mln. manatını 12 ayadək, 80,4 mln. manatını 12 aydan artıq müddətədək verilmiş kreditlər əhatə edib.

Ötən il ərzində bankda istehlak kreditlərinin həcmi 21,0% azalaraq 17,5 mln. manat, avtomobil kreditləri 46,17% azalaraq 160,6 min manata düşüb.

Hesabata əsasən, kreditlərin 24,19%-nin vaxtı keçib. Ötən il vaxtı keçmiş kreditlərin həcmi 6,30% artaraq 2015-ci il yanvarın 1-nə 24,5 mln. manat təşkil edib.

Hesabat ilində bankın depozit portfeli 15,1% azalaraq 25,6 mln. manata düşüb. Bunun da 11,3 mln. manatı müddətli, 14,4 mln. manatı tələb olunanadək depozitlərin payına düşüb. Bu müddətdə əhalinin əmanətlərinin həcmində də azalma qeydə alınıb. Əmanətlərin həcmi 22,1% azalaraq cari il yanvarın 1-nə 11,9 mln. manata düşüb.

Cari il yanvarın 1-nə "Kredo Bank"ın nizamnamə kapitalı 50,5 mln. manat, məcmu kapitalı 55,3 mln. manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi