“Kredit Servis” ötən ili mənfəətlə başa vurub

“Kredit Servis” ötən ili mənfəətlə başa vurub Bakı. 10 iyul. REPORT.AZ/ “Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,74 mln. manat təşkil edi...
Maliyyə
10 İyul , 2017 11:44
“Kredit Servis” ötən ili mənfəətlə başa vurub

Bakı. 10 iyul. REPORT.AZ/ “Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,74 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,6% azdır.

“Kredit Servis”in aktivlərinin 58%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 46,4% kiçilib.

2016-cı ildə “Kredit Servis”in cəmi öhdəlikləri 72,9% azalaraq 36 min manata, cəmi kapitalı isə 0,2% azalaraq 1,704 mln. manata düşüb.

Ötən il BOKT-un faiz gəlirləri 334 min manat (əvvəlki ilə nisbətən 30,1% az), faiz xərcləri 0 manat, qeyri-faiz gəlirləri 138 min manat (53,6% az), qeyri-faiz xərcləri isə 318 min manat (5,7% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun xalis əməliyyat mənfəəti 155 min manat olub ki, bu da illik müqayisədə 64,8% azdır.

2016-cı ildə “Kredit Servis” kreditlərlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 83,4% az – 30 min manat ayırıb, 33,5% az – 34 min manat isə mənfəət vergisi ödəyib. Bununla da, BOKT ötən ili 91 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 56,2% azdır.

Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,501 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi