​"Kredaqro"nun aktivləri 20% azalıb

​"Kredaqro"nun aktivləri 20% azalıb Təşkilatın öhdəlikləri 7% artıb, kapitalı isə 73% azalıb
Maliyyə
28 İyun , 2016 13:59
​Kredaqronun aktivləri 20% azalıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Kredaqro" bank olmayan kredit təşkilatının (BOKT) məcmu aktivləri 2016-cı ilin əvvəlinə 35,355 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 20% azdır.

Ötən il ərzində "Kredaqro"nun cəmi öhdəlikləri 7% artaraq 31,318 mln. manat, cəmi kapitalı isə 73% azalaraq 4,037 mln. manat olub.

Hesabat ilində BOKT-un aktivlərinin 81,4%-ni və yaxud 28,79 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bu, 2014-cü ilə nisbətən 6,2% azdır.

Ötən il "Kredaqro"nun öhdəliklərinin 99,2%-ni və yaxud 31,081 mln. manatını isə banklara və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər təşkil edib. Bu da əvvəlki illə müqayisədə 7,7% çoxdur.

Hesabat dövründə BOKT 3,793 mln. manat faiz mənfəəti əldə edib, qeyri-faiz əməliyyatlarında isə 14,514 mln. manat zərərə düşüb. Son nəticədə "Kredaqro" 2015-ci ili 10,721 mln. manat zərərlə başa vurub. Halbuki, 2014-cü ildən BOKT 1,957 mln. manat xalis mənfəətlə çıxıb.

Son xəbərlər

Orphus sistemi