Kommersiya banklarının xarici öhdəlikləri aprel ayında azalıb

Kommersiya banklarının xarici öhdəlikləri aprel ayında azalıb Azalma 4 ardıcıl aydır davam edir
Maliyyə
12 İyun , 2017 20:00
Kommersiya banklarının xarici öhdəlikləri aprel ayında azalıb

Bakı. 12 iyun . REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi mayın 1-nə 7 099,3 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-nə olan göstərici ilə müqayisədə 211,6 mln. manat və ya 2,89% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 350 mln. manat və ya 5,19% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma 4-cü ardıcıl aydır davam edir. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin aprel ayında azalması manatın məzənnəsinin 2%-ə yaxın bahalaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin may ayında dolların məzənnəsinin sabitləşməsi səbəbindən çox dəyişməyəcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi