“Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi işçi qrupu səviyyəsində müzakirə edilib

“Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi işçi qrupu səviyyəsində müzakirə edilib Bakı. 12 mart. REPORT.AZ/ “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib.
Maliyyə
12 Mart , 2018 11:18
“Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi işçi qrupu səviyyəsində müzakirə edilib

Bakı. 12 mart. REPORT.AZ/ “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Kənd Təsərrüfatı Nazirliyinin, sığorta şirkətlərinin nümayəndələri, həmçinin sahə üzrə ekspertlər iştirak ediblər.

“Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılıb və tərəflər öz mövqelərini bildiriblər. Sığortaçılar təklif edilən əlavə və dəyişiklikləri nəzərdən keçirib və yekun təklifləri MBNP-yə göndərməyə qərar verib.

Xatırladaq ki, sözügedən işçi qrupu bu il fevralın 16-da formalaşdırılıb. Onun tərkibinə sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər daxildir. İndiyə qədər işçi qrupunun üç görüşü keçirilib.

Son xəbərlər

Orphus sistemi