Yuxarı

Kənd Təsərrüfatı Nazirliyinin strukturunda 233 min manatlıq yeyinti aşkar edilib

Analoji faktlar Təhsil Nazirliyinin idman kompleksində, Ağcabədi və Samux rayonlarının kənd nümayəndəliklərində aşkarlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2 392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qurum bəyan edir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat mənimsəmə halı aşkar edilib.

Qurum həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar edilib.

Açıqlamada deyilir ki, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi