Yuxarı

"​Kapital Bank" yenilənmiş Lerik filialını istifadəyə verib

Bu il ərzində ümumilikdə 6 şəhər və 5 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq

Bakı. 18 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş Lerik filialını istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Lerik rayonu, Camal Şahiyevküçəsi 3A (köhnə Avtovağzalın yanında) ünvanında yerləşir. Artıq Lerik və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən Lerik filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində ümumilikdə 6 şəhər və 5 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi