"​Kapital Bank" yeni təhsil proqramının rəsmi tərəfdaşı olub

"​Kapital Bank" yeni təhsil proqramının rəsmi tərəfdaşı olub Təhsil Nazirliyi və "Kapital Bank" arasında əməkdaşlıq memorandumu imzalanıb
Maliyyə
20 Aprel , 2016 11:24
​Kapital Bank yeni təhsil proqramının rəsmi tərəfdaşı olub

Bakı. 20 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC "Azərbaycan üçün öyrət" ("Teach for Azerbaijan") beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı olub. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və "Kapital Bank" arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər. “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu layihə ilk olaraq Bakı, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərindəki məktəbləri əhatə edəcək.

“Layihənin əsas məqsədi ölkənin təhsil sahəsinin keyfiyyətinin artırılmasıdır. Proqramda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Layihənin həyata keçirilməsində tərəfdaş olan "Kapital Bank"a təşəkkürümü bildirirəm. Təcrübə göstərir ki, dövlət qurumları ilə özəl sektorun birgə təqdim etdikləri layihələr hər zaman uğurlu olur", - deyə təhsil naziri Mikayıl Cabbarov qeyd edib.

"Kapital Bank" ölkədə bank fəaliyyəti ilə yanaşı, həmçinin sosial yönümlü layihələrinin dəstəklənməsinə böyük önəm verir. Əminəm ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan üçün öyrət” proqramı təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq", - deyə Bankın İdarə Heyətinin sədri R.Allahverdiyev bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi