Yuxarı
    Bağlamaq

    "Kapital Bank" və Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

    Əməkdaşlıq çərçivəsində Made in Azerbaijan müsabiqəsi elan edilib

    Bakı. 11 mart. REPORT.AZ/ Bu gün “Kapital Bank” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında əməkdaşlıq memorandumu imzalanıb. “Report” Banka istinadən xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum Bankın əməkdaşları, Universitetin tələbə-müəllim heyətinin iştirakı ilə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və ADİU-nun rektoru Ədalət Muradov tərəfindən imzalanıb.

    Sənədə əsasən, Universitetdə “Kapital Bank” tərəfindən ixtisaslaşdırılan “Elektron Bankçılıq” laboratoriyası yaradılacaq. Birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin Bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

    Eyni zamanda, əməkdaşlığın ilk addımı kimi bu gün “Made in Azerbaijan” müsabiqəsi elan edilib. Müsabiqənin şərtlərinə əsasən, təhsil aldığı müəssisədən asılı olmayaraq bütün tələbələr aprelin 12-ə qədər Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını biznesideya@unec.edu.az ünvanına göndərməlidir. Münsiflər Heyətinin qərarına əsasən seçilən ilk 3 biznes ideyanın sahibləri mükafatlandırılacaq.

    Bank ADİU ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində tələbələrin daha keyfiyyətli təhsil alması üçün müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi